Leyla və Arif Yunuslar Azərbaycanı Ali Məhkəmənın çıxardığı qərar əsasında tərk edə biliblər.
Oxu.Az xəbər verir ki, Yunusların vəkili Elçin Sadıqov APA-ya bildirib ki, dünən Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə kassasiya şikayətinin baxılıb və kassasiya şikayəti təmin edilərək Leyla Yunus və Arif Yunusun ölkədən çıxışına icazə verilib.
Vəkil onu da əlavə edib ki, şikayətə təcili baxıldığı üçün məhkəmə baxışı barədə onlara da məlumat verilməyib.
Qeyd edək ki, Yunuslar artıq Hollandiyanın paytaxtı Amsterdam şəhərindədirlər.

14:15
Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar.
Oxu.Az xəbər verir ki, bunu vəkil Elçin Sadıqov şəxsi Facebook səhifəsində yazıb.
Vəkil onu da qeyd edib ki, tam bəraət alınana qədər məhkəmə işləri davam edəcək.
E.Sadıqov bidirib ki, Yunuslar bu səhər Azərbaycanı tərk ediblər. Onlar müalicə üçün Hollandiyaya gediblər.