Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Livandakı hadisələrdə ölənlər arasında azərbaycanlılar var?
"Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir".
Bu barədə APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cüzidir:
"Baş verən hadisələrdə yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur".
Qeyd edək ki, sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
- Azərbaycan "İslam səkkizliyi" təşkilatına üzv seçildi
- Ayxan Hacızadə: "ABŞ-nin Azərbaycana qarşı əsassız iddiaları ikili standartların bariz nümunəsidir"
- Ayxan Hacızadə: "Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir"
- Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək
Ən çox oxunanlar