Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Tottenhem" - "Qarabağ" oyununu fransalı hakimlər idarə edəcəklər
UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə "Tottenhem" və "Qarabağ" komandaları arasında keçiriləcək ilk tur oyununa təyinatlar açıqlanıb.
Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Villi Delajo olacaq. Ona yan xətt hakimləri Ervan Finjan və Filipp Jan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.
Var hakimi Benua Miyo, onun köməkçisi isə Alan Kicas olacaq.
Qeyd edək ki, sentyabrın 26-da "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Azərbaycan kuboku: "Qarabağ"ın finalda rəqibi "Sabah" oldu
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə
- Premyer Liqa: Turun son qarşılaşmasında "Zirə" qələbə qazandı
- "Qarabağ" - "Neftçi" oyununda azarkeş sayı üzrə mövsümün ikinci göstəricisi qeydə alındı
- Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub etdi