Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ceyhun Məmmədov: "Prezident gənc nəslin milli ruhda böyüməsi məsələsinə xüsusilə toxundu"
"Prezident İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında bir çox vacib və önəmli məsələlərlə yanaşı, gənc nəslin milli ruhda böyüməsinə geniş toxundu. Bu məsələdə ailənin və təhsilin rolunu xüsusilə qeyd etdi".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün ideoloji müstəvidə Azərbaycana qarşı təbliğat davam edir:
"Bütün bu hadisələrin fonunda çox çalışmalıyıq. Son 30 il ərzində baş verən proseslər də onu göstərirdi ki, gənc nəslin Qarabağı unutması, gənc nəslin ideoloji baxımdan zəiflədilməsi, milli ruhun sıradan çıxarılması üçün çox ciddi addımlar atılır və bu istiqamətdə davamlı olaraq təxribatlar müşahidə olunur. Bu mənada indi gənc nəslin formalaşmasında Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bir neçə mühüm məsələ var, bunlardan biri ailə məsələsidir. Ümumiyyətlə, hər bir gənc, hər bir insan öz tərbiyəsini ailədə alır. Həm də məktəbdə. Yəni bir şəxsin formalaşmasında, inkişafında bu iki amil çox önəmli rol oynayır".
C.Məmmədov bildirib ki, bu mənada həm ailələrin, həm də təhsilin üzərinə çox böyük vəzifə düşür:
"Gənclər milli ruhda tərbiyəni əsasən məktəbdə və ailədə alırlar. Biz çalışmalıyıq ki, hər iki institutun rolunu gücləndirək. Ailə başçısı ata, ana öz övladı üçün nümunədir. Əgər valideynlərdə bu ruh, tərbiyə varsa, onlar da bunu götürərək özlərini inkişaf etdirirlər. Hazırda dünyada gedən proseslərə baxanda ən böyük məsuliyyətin məhz məktəbin üzərinə düşdüyünü görürük. Yəni bu gün məktəb bu funksiyanı uğurla yerinə yetirməlidir. Bu siyasət ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Deputat vurğulayıb ki, bu gün müharibə bitsə də, Azərbaycanın mübarizəsi davam edir:
"Bu gün böyük mədəniyyətlər kiçik mədəniyyətləri udmağa çalışır, onları sıradan çıxarmağa çalışır. Biz bunun baş verməməsinə çalışmalıyıq və öz milli ruhumuzu, ənənələrimizi, dəyərlərimizi qorumalıyıq. Prezidentin də qeyd etdiyi kimi, bu gün Ermənistan ciddi cəhdlə çalışır, müəyyən addımlar atır. Çalışmalıyıq ki, bu proseslərin qarşısını maksimum dərəcədə alaq, nəticədə gələcəkdə özümüzü ideoloji və zərərli təbliğatdan qoruyaq. Bu özünü dini, müxtəlif cərəyanların himayəsində də açıq-aydın göstərir. Bir sözlə, daha çox çalışmaq, daha ciddi səy göstərməyə ehtiyac var".
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib