Belarus prezidenti Aleksandr Lukoşenko 28-29 noyabrda Azərbaycan respublikasına rəsmi səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Belarus prezidentinin mətbuat xidməti yayıb.
Səfər çərçivəsində Aleksandr Lukoşenkonun Azərbaycan prezidenti İlham Əliyev ilə təkbətək görüşü nəzərdə tutlub. İki ölkə lideri Belarus-Azərbaycan münasibətlərinin inkişafının vəziyyətini və perspektivlərini, o cümlədən də iqtisadi-ticari əməkdaşlığı, kooperasiya layihələri, investisiya, aqro-sənaye kompleksi, idman sahəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.
Danışıqlar nəticəsində bir sıra sənədlərin imzalanması gözlənilir.
Həmçinin Aleksandr Lukaşenkonun ölkənin baş naziri Artur Rəsizadə ilə görüşü planlaşdırılıb.
N.O.
www.oxu.az