Azərbaycan prezidenti İlham Əliyev xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyinə L.Abdullayevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.