Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu dəhşətli faciə zamanı insan tələfatına görə dərindən təəssüflənirəm.
Sizə, dost Azərbaycan xalqına və həlak olanların ailələrinə bu kədərli anlarda ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm".
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Cənab Prezident. "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həmrəyliyimi ifadə edirəm. Düşüncələrim ailə üzvlərini və yaxınlarını itirənlərlədir. Yaralananlara tezliklə və tam sağalmağı diləyir, bu faciənin səbəblərinin araşdırılmasının tezliklə başa çatdırılacağına ümid edirəm".
Macarıstanın Prezidenti Tamaş Şuyok Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
Oxu.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
İcazə verin, çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi təyyarə qəzası ilə bağlı Macarıstan xalqı adından və şəxsən öz adımdan səmimi başsağlığımı çatdırım. Dualarım və düşüncələrim həlak olanların və onların ailə üzvlərinin yanındadır".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
- Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
- Efiopiyanın baş naziri Azərbaycan Prezidentini təbrik edib
- Prezident İlham Əliyev 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib
- Alyona Əliyeva Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib