Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Macarıstanın XİN başçısı: "Avropa İttifaqı eyni vəsaiti Azərbaycana da ayırlmalıdır"
"Biz də Azərbaycan və Ermənistanın sülh üçün atdığı addımlara sevinirik".
Oxu.Az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Azərbaycan Respublikası ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Peter Siyartonun sözlərinə görə, bu regionda sülhün bərpa edilməsi önəmlidir:
"Biz istəmirik ki, Avropa İttifaqı sönən oda yenidən yağ töksün. Onlar Ermənistana mina təmizləmə üçün vəsait ayırırsa, eyni vəsait Azərbaycan üçün də ayrılmalıdır".
Könül Cəfərli