Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Magistral boru kəmərləri, nəqliyyat infrastrukturu obyektlərinin hüdudları dəyişdiriləcək
Magistral boru kəmərləri, nəqliyyat infrastrukturu obyektlərinin hüdudları dəyişdiriləcək.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti beynəlxalq təcrübə və müasir texnoloji həllər nəzərə alınmaqla magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarının hüdudlarının dəyişdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmçinin, dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər dövlət vəsaitləri hesabına inşa edilmiş və 2023-cü il iyunun 1-dək tikintisi başa çatmış infrastruktur obyektləri ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsini təmin etməlidir.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Novruz bayramı ərəfəsində qiymətlər dəyişəcək - İqtisadçıdan AÇIQLAMA
- Məqsədli proqramların həyata keçirilməsi qaydası təsdiq olunub
- Gələn ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq
- Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənib
- Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik olunub