Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Makedoniya rəsmisi: Aprel döyüşlərində ermənilər qaçdıqlarını nə tez unudublar?
Ermənistanın Baş naziri Nikol Paşinyanın, Serj Sarqsyanın nə danışmasından asılı olmayaraq, Qarabağ Azərbaycanın torpağıdır.
Oxu.Az xəbər verir ki, bunu Makedoniya türklərinin rəhbəri, Makedoniya Türk Hərəkat Partiyasının lideri, millət vəkili Enes İbrahim Ermənistanın eks-prezidenti S.Sarqsyanın "Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq" bəyanatına cavabında deyib.
Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert, siyasətçinin yaxın dostu Elnur Eltürk məlumat verib.
"Hər zaman belə olacaq. Qarabağ türk dünyasının bir parçasıdır. Qarabağı heç kimə yedirtmərik. Bu gün Azərbaycan öz torpaqlarını azad etmək gücündədir. Beynəlxalq aləm Azərbaycanı addım atmağa qoymur.
Ermənistan hansı potensialı ilə Azərbaycana meydan oxuyur?! Aprel savaşında onların gücü ortaya çıxdı. Aprel döyüşlərində ermənilər Laçından, Şuşadan qaçırdılar. Bunu nə tez unudublar?!" - deyə siyasətçi bildirib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda yüksəkvəzifəli şəxsin ərinin qazdoldurma məntəqəsində atışma olub
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi