Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Makronun qərarı Avropanın üç dövlətini hiddətləndirib
Çexiya, Rumıniya və Slovakiya Parisdə Avropa liderlərinin təcili sammitinə çağırılmadıqlarına görə narazı qalıblar.
Oxu.Az "Le Monde"yə istinadla xəbər verir ki, Çexiya və Rumıniya hökumətləri bu səbəbdən məyusluqlarını bildiriblər.
"Adambaşına düşən ukraynalı qaçqınların sayına görə Çexiya ilk yerdədir. Biz silah tədarükü üzrə ən səmərəli sistemlərdən birinin təşkili ilə məşğul oluruq" , - deyə Polşadakı mənbə bildirib və baş verənləri Fransa prezidenti Emmanuel Makronun təkəbbürü ilə izah edib.
Rumıniya prezidentinin müşaviri Kristian Dyakonesku qeyd edib ki, ölkəsi göstərdiyi səylərə rəğmən dəvət almayıb.
Sloveniya Prezidenti Nataşa Pirts-Musar hesab edir ki, bu, Avropa inteqrasiyasının ruhu ilə düz gəlmir: "Bu, dünyada hörmət ediləcək Avropa deyil".
Xatırladaq ki, E.Makron Avropa İttifaqının təhlükəsizlik məsələləri üzrə təcili sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Görüş bazar ertəsi Parisdə keçirilib.