Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizə bütün qəlbimlə ölkənizin daha da sürətlə inkişaf etməsini və firavanlaşmasını, həmçinin rəhbərliyinizlə xalqınızın xeyirxah məqsəd və istəklərinə nail olmasını arzulayıram.
Qətiyyətlə inanıram ki, Qazaxıstan və Azərbaycan arasında yaradılmış möhkəm dostluq və əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə səmərəli şəkildə möhkəmlənəcək və inkişaf edəcək. Ümidvaram ki, aramızda yaranmış qarşılıqlı hörmət hələ uzun illər davam edəcək.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və xoşbəxtlik diləyirəm".
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə də Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri, möhtərəm Prezident İlham Əliyev. Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi, ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq.
Zati-alinizə məmnuniyyətlə ən yüksək ehtiramımı bildirirəm".
İndoneziya Respublikasının Prezidenti Prabovo Subianto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İndoneziya Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram. Bu əlamətdar gün Azərbaycanın tarixində xalqın qətiyyətini, birliyini və arzularını əks etdirən qürurverici bir səhifədir.
İcazə verin, bu tarixi gündə İndoneziya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğumu bildirim. Əminəm ki, Zati-alinizin rəhbərliyi ilə ölkələrimiz enerji, ticarət, investisiya, təhsil, mədəniyyət və insanlar arasında mübadilə kimi sahələrdə əməkdaşlığın yeni yollarını araşdıraraq tərəfdaşlığı inkişaf etdirəcək və möhkəmləndirəcək. Əməkdaşlıq ruhu, həmçinin qlobal sülh, sabitlik və davamlı inkişaf kimi ümumi məqsədlərimizi dəstəkləməkdə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq, firavanlıq və rifah arzulayıram".
Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Əlamətdar bayram - ölkənizin müstəqilliyinin 107-ci ildönümü münasibətilə Zati-alinizə, hörmətli ailənizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Bu mühüm bayram Cümhuriyyətin yaradılmasının qeyd olunması ilə yanaşı, xalqın zəngin irsi və heyrətamiz tərəqqisi ilə də səciyyələnir.
Əminəm ki, Zati-alinizin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Respublikası sülh, firavanlıq və sürətli inkişaf yolunda irəliləməkdə davam edəcəkdir.
Qoy Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik dostluq münasibətləri və genişlənən əlaqələr bundan sonra da xalqlarımıza qarşılıqlı fayda gətirərək inkişaf etsin və möhkəmlənsin!"