Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Maliyyə nazirinə yeni vəzifələr verildi - SƏRƏNCAM
Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın və Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibləri dəyişdirilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, adıçəkilən komissiyaların Azərbaycan tərəfindən sədri maliyyə naziri təyin edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini isə komissiyaların üzvləri siyahısına daxil edilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidentinin tapşırığı ilə FHN Qırğızıstana maddi-texniki yardım göndərib
- Gürcüstanın baş naziri Prezident İlham Əliyevi təbrik edib
- Məsud Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
- Si Cinpin Prezident İlham Əliyevi təbrik edib
- Tokayev bir sıra dövlət başçılarını Novruz bayramı münasibətilə təbrik edib