Qarabağda əməliyyatlar başlasa Rusiya bu fürsəti əldən verməyərək qoşunlarını Azərbaycan ərazisinə yeridəcək.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu sözləri Qarabağ komitəsinin sabiq üzvü Aşot Manuçaryan bildirib.
Aşot Manuçaryan Rusiyanın bunu Ermənistanla müttəfiq olduğu üçün deyil, Azərbaycanı nəzarət altına almaq üçün edəcəyini vurğulayıb:
“Qarabağ amili ikitərəflidir: biri ölkəmizin şantaja məruz qaldığı, təhlükəsizlik problemləri ilə əlaqəlidir. Müharibənin başlanmasına, daxili gərginliyə dair söz-söhbət tam yalandır, bu əhalini qorxuya salmaq və Ermənistanı istənilən təklifə razılaşmağa təhrik etmək üçün yaradılıb”.
Onun sözlərinə görə, Rusiyanın özündə vəziyyət ürəkaçan deyil. Qərb ölkələri daim Rusiyaya təzyiq göstərirlər. Rusiyanın daxilində sabitlik yaratmaq üçün bircə yolu var - xaricdə müharibə. Rusiya bu fürsətdən imtina etməyəcək.