Lənkəran rayonu Hirkan kəndinin ərazisində yerləşən “Xanbulan Villa-Lyuks” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, fevralın 6-da Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bürcəli kənd sakinləri Əkrəm Həbibovun və Kamil Hüseynovun gəlir əldə etmək məqsədi ilə işlədikləri Hirkan kəndinin ərazisində yerləşən “Xanbulan Villa-Lyuks” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etmələri məlum olub.
Faktla bağlı araşdırma gedir.