Artıq kafe, restoran və Bakının küçələrində Wi-Fi şəbəkəsinin olması heç kimi təəccübləndirmir.
“Azərbaycan Dəmir yolları” QSC-nin planında bu sistemin dəmir yolu şəbəkəsində tətbiqi nəzərdə tutulub.
Oxu.Az ANSPRESS-ə istinadən bildirir ki, bu məlumatı “Azərbaycan Dəmir yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov verib.
Nadir Əzməmmədovun sözlərinə görə, müvafiq hazırlıq işləri gedir.
ADY-nin Mətbuat xidmətinin başçısı bildirib ki, Wi-Fi sisteminin tətbiqinin ilkin mərhələsində Rusiya Dəmir Yollarında (RYD) fəaliyyət göstərən analoji sistemə qoşulmaq lazımdır.
Onun sözlərinə görə Wi-Fi sistemi yalnız dəmir yolları stansiyalarında deyil, həmçinin vaqonlarda da tətbiq ediləcək.
“Hal-hazırda hərəkətdə olan vaqonlarda bu sistemin tətbiq edilməsinin mümkünlüyü aydınlaşdırılır. Əgər Wi-Fi-dan dəmir yolu stansiyalarında istifadə etmək istəyiriksə, niyə bunu elə hərəkətdə olan vaqonlarda da etməyək?”