Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
MDB ölkələri dövlət başçıları Minskdə yığışacaqlar
Oktyabrın 10-da Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 10-da Belarus prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə Minskdə MDB ölkələri Dövlət Başçıları Şurasının iclası baş tutacaq.
İclasın gündəliyində təhlükəsizlik, humanitar və digər sahələrdə dövlətlərarası əməkdaşlığın gələcək inkişafına istiqamətlənmiş 17 sənəd layihəsi yer alır. Ən mühüm sənədlərdən biri MDB ölkələri dövlət başçılarının dünya ictimaiyyətinə Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı müraciətidir.
İclasda dövlət başçıları 2015-ci ildə “MDB-nin mədəniyyət paytaxtı”nın Rusiyada “Voronej”, Tacikistanda isə Kulyab şəhərləri olması barədə qərar qəbul edəcəklər.
Oktyabrın 9-da isə Belarus Milli Kitabxanasında MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasa Belarusun xarici işlər naziri Vladimir Makey rəhbərlik edəcək. MDB xarici siyasət idarələrinin rəhbərləri MDB Dövlət Başçıları Şurasının iclasının gündəliyinə çıxarılacaq sənədləri müzakirə edəcəklər.
"Aleksandr Lukaşenko" teqi üzrə xəbərlər
- Aleksandr Lukaşenko: "Yeni "Oreşnik"dəki bütün işəsalma qurğuları Belarusa məxsusdur"
- Lukaşenko: "Belarusun nüvə silahı var"
- Lukaşenko Putindən "Oreşnik"i Belarusda yerləşdirməyi xahiş edib
- Lukaşenko KTMT sammitində Ermənistanın iştirak etməməsini şərh edib
- Lukaşenko: "Belarus iqlim vəziyyətinin yaxşılaşdırılması üzrə öhdəliklərini yerinə yetirir"