MDB ölkələrinin səfirləri Bakıda Fəxri xiyabana gələrək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyublar.
Bu barədə Belarusun Azərbaycandakı səfirliyinin paylaşımında deyilir.
“Səfir Andrey Ravkov MDB ölkələrinin səfirləri ilə birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub. Bundan başqa, Zərifə Əliyevanın məzarı üstünə də gül dəstələri qoyulub”, - deyə məlumatda qeyd edilib.
Belarus səfiri ilə birlikdə Rusiya, Özbəkistan, Tacikistan və Qırğızıstan səfirləri də Heydər Əliyevin xatirəsini yad ediblər.
Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
View this post on Instagram
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb - Foto
- Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto
- Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - Foto
- "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
- İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Digər xəbərlər