Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məhkəmə-Hüquq Şurasının yubiley medalı kimlərə veriləcək?
Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis olunacaq.
Oxu.Az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanuna dəyişiklik təklif edilir.
Təklif olunur ki, yubiley medalı Məhkəmə-Hüquq Şurasının üzvləri və üzvü olmuş şəxslər, öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, Məhkəmə-Hüquq Şurasının aparatında və məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş və məhkəmə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslərə, habelə beynəlxalq tərəfdaşlara verilsin.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
Mərahim Nəsib