ABŞ dövlət katibi Marko Rubio Rusiyaya qarşı hər gün yeni sanksiyaların mümkünlüyünü qeyd edir, lakin Prezident Donald Tramp buna şübhə ilə yanaşır.
Oxu.Az xəbər verir ki, bu barədə "New Lines" jurnalı mənbələrə istinadən məlumat verib.
"Qeyd edək ki, Rubio, demək olar ki, hər gün (Rusiyaya qarşı - red.) sanksiyalardan danışır", - ABŞ dövlət katibinə yaxın mənbə qeyd edib.
Bununla yanaşı, bildirilir ki, Tramp ABŞ-nin Rusiyaya qarşı əlavə sanksiyalarını tətbiq etmək mövzusunda könülsüz hərəkət edir.