Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məhkəmə iki siyasi partiyanın ləğvi barədə qərar verib
Ədliyyə Nazirliyinin Azad Demokratlar Partiyasının (AzDP) ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Azad Demokratlar Partiyası (AzDP) 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın 5 000 üzvü olmadığı üçün ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.
Həmçinin, Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında da məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.
Xatırladaq ki, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azad Demokratlar Partiyasının sədri isə Sülhəddin Əkbərdir.
"Bakı Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- Bakıda həbs edilən rusiyalı sabiq hakim SƏRBƏST BURAXILDI
- MN-də 143 milyonluq mənimsəmə: Generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
- 333 min manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilən həkimlə bağlı QƏRAR
- Müdafiə Nazirliyində 143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyirlər
- Məhkəmə Nəzrin Mansurovanın ölümünə görə həbs edilən tanınmış həkim barəsində qərar qəbul edib