Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib
Aprelin 12-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində "Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü" adlı panel iclas təşkil olunub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.
Türkiyə Maarif Vəqfinin dəstəyi ilə keçirilən tədbir bu qurumun fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
İclasda qurumun dünyada həyata keçirdiyi işlərdən bəhs edildi. Bildirildi ki, dünyanın 55 ölkəsində fəaliyyət göstərən Vəqfin məktəblərində 70 minə yaxın şagird təhsil alır.
Panel iclasda hazırkı dövrdə təhsilin inkişafının vacibliyindən geniş danışıldı.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək müharibələrin çoxaldığı bir dövrdə təhsilin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkdi. Bildirdi ki, təhsil bu gün sosial iştirak və davamlı inkişaf üçün hər zaman olduğundan daha çox vacibdir.
Sonra Türkiyə Maarif Vəqfinin Kot-d'İvuar Respublikasındakı məktəbinin şagirdləri müxtəlif dillərdə mahnılar oxudular.


"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
- İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar
- Leyla Əliyeva körpələr evi və uşaq evi sosial xidmət müəssisəsi ilə bağlı paylaşım edib
- Mehriban Əliyeva və Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evi və 1 saylı uşaq evində olublar
- TÜRKPA-nın komitə sədrləri Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət ediblər