Türkiyədə üç gün davam edəcək Antalya Diplomatiya Forumu çərçivəsində bir çox məsələ müzakirə olunur.
Baku TV-nin Antalya Diplomatiya Forumunda olan əməkdaşı bildirir ki, aprelin 11-dən 13-nə qədər baş tutacaq Forumda bu gün "İrqi ayrı-seçkiliyə yox deyək", "Dünyada siyasətin gücünü daha da artıraq" adlı mövzular müzakirə olunur.
Bundan əlavə, Forumda Suriyanın Yaxın Şərqdəki yenidən qurulmuş hökumətinin tanıdılması və bu hökumətin gələcəkdə hansı planlar quracağı barədə çıxışlar gözlənilir.
Məlumata görə, bu gün "Dünyanı qadınlarsız təsəvvür etmək mümkün olmaz" adı altında plenar iclas da keçiriləcək. Bildirilib ki, sözügedən plenar iclasda Afrika ölkələrinin fərqli parlamentlərindən və fərqli siyasi arenalarından olan qadın nümayəndələrin çıxışları gözlənilir.
Qeyd edək ki, Forumda 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.