Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

IV Antalya Diplomatiya Forumu başa çatıb
Antalyada keçirilən 4-ci Diplomatiya Forumunun bağlanış mərasimi olub.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, tədbir çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib.
O forumun gedişatını, müzakirə edilən məsələləri dəyərləndirib. Daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.
Ətraflı videomaterialda:

Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumu davam edir.
Baku TV-nin Antalyada olan xüsusi müxbiri Forumun 3-cü günündə müzakirə olunacaq mövzuları diqqətə çatdırıb.
Qeyd edilib ki, 21-ci əsrdə diskriminasiya və irqçiliklə mübarizə mövzusuna xüsusi diqqət ayrılıb:
"Bu gün müzakirə olunacaq mövzulardan biri də Afrika xalqlarına humanitar yardımın göstərilməsi, onlara siyasi dəstəyin nümayiş olunmasıdır. Saat 13:30-da Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışı olacaq. Çıxışdan sonra isə Antalya Diplomatiya Forumu öz fəaliyyətini bitirəcək".
Ətraflı videomaterialda:
