Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hakan Fidan "Baku TV"nin sualını cavablandırıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi ilə İsrail arasında aparılan danışıqlarda vasitəçiliyə görə Azərbaycana təşəkkür edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, IV Antalya Diplomatik Forumunun bağlanış mərasimində təşkil olunan brifinqdə "Baku TV"nin sualını cavablandırarkən deyib.
"Azərbaycan qardaş ölkədir. Ev sahibliyi üçün təşəkkür edirik. Bu görüş daha çox texniki məsələləri aydınlaşdırmaq məqsədi daşıyırdı. Lazım olduğu təqdirdə bu görüş yenidən təşkil olunacaq", - türkiyəli nazir bildirib.
Qeyd edək ki, aprelin 9-da Bakıda ölkəmizin vasitəçiliyi ilə Türkiyə və İsrail nümayəndələri arasında görüş baş tutub.

"Hakan Fidan" teqi üzrə xəbərlər
- Hakan Fidan Rusiyaya rəsmi səfər edəcək
- Türkiyə XİN: "İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər"
- Rusiya-Ukrayna danışıqlarının dalana dirənmə SƏBƏBİ - Türkiyədən konkret təklif
- Hakan Fidan Rusiya-Ukrayna danışıqlarının yekunlarını açıqladı
- ABŞ-ni Rusiya-Ukrayna danışıqlarında təmsil edəcək şəxs məlum oldu