Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Spina-bifida xəstəliyindən əziyyət çəkən Aminənin dəstəyə ehtiyacı var - ANADAN YARDIM ÇAĞIRIŞI
Altı yaşlı Aminənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ülviyyə İlyasova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir.
"Aminənin altı yaşı var, o anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir. O, iki yaşında spinanın ləğvi əməliyyatı keçirib. İllərdir böyrəklərində ciddi problemlər var idi. Ötən il sizin izləyicilərin dəstəyi ilə onun kateteri dəyişdirilib. Daha sonra isə ayaqlarından əməliyyat olub".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.
"Hazırda Aminəni fizioterapiyaya aparmaq və tutor almaq üçün pula ehtiyacımız var. Mənim Aminədən başqa bir qızım da var, yoldaşımla isə ayrılmışıq. Nə uşaqlarla maraqlanmır, nə də dəstək olmur bizə. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 956-25-69 (Whatsapp)
Kapital Bank: 4169 7388 6273 8972
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 5-ci sinif şagirdi sizdən kömək gözləyir: Ana övladı üçün təkbaşına çırpınsa da, bacara bilmir
- Səkkiz yaşlı Hüseynin vəziyyəti ağırdır: Müalicə üçün təcili xaricə getməlidir
- Atasını itirən Həsən indi özü ölümlə mübarizə aparır: Onun sizin köməyinizə ehtiyacı var
- On yaşlı Mübarizin dəstəyə ehtiyacı var: "Ağır xəstəlikdən əziyyət çəkir"
- 9-cu sinif şagirdinin anası: "Oğlum yalvarır ki, mənə kömək etsinlər, dözə bilmirəm"