Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qaradağda qanlı dava: İki qardaş bıçaqlandı
Qaradağ rayonu, Qızıldaş qəsəbəsində iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.
Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib.
Qeyd olunub ki, paytaxtın Qaradağ rayonunda iki nəfərə kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Bakıda iki qardaş arasında yaranan mübahisə qanlı insidentlə nəticələnib.
Oxu.Az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.
İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə qardaşı, 2009-cu il təvəllüdlü Elnur Elman oğlu Mustafayev arasında mübahisə düşüb. Münaqişə nəticəsində hər iki şəxs bir-birini bıçaqlayıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyata alınıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
"Bıçaqlanma hadisəsi" teqi üzrə xəbərlər
- Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ
- Taksidə yer üstündə adam bıçaqlayan hərəkat sədri HƏBS OLUNDU
- Ərinin sevgilisi ilə mübahisə etdi, oğluyla birlikdə döyüldü, adam bıçaqladı
- Musiqiçi BIÇAQLA müğənninin evinə hücum çəkdi: Onu vurdu - TƏFƏRRÜAT
- Hərəkat sədrinin bıçaqladığı şəxsin son durumu AÇIQLANDI