Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olunub.
Oxu.Az xəbər verir ki, Pakistanın ali dövlət mükafatı olan ordeni Pakistan prezidenti Məmnun Hüseyn təqdim edib.
Təqdimat mərasimi Azərbaycan və Pakistan prezidentlərinin mətbuata bəyanatlarından sonra keçirilib.