Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
O, bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib:
“Əziz həmvətənlər!
Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, bütün insanlara sağlıq və səadət, hər bir ölkəyə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin! Xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir diləyirəm. Uca Tanrı hər zaman dünyamızı qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.
View this post on Instagram
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- MDB Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçdi
- Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto/Video
- Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto/Video
- İlham Əliyevin adından Kamboca baş nazirinin şərəfinə rəsmi nahar verilib - Foto
- Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Digər xəbərlər