Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib.
Bununla bağlı Birinci vitse-prezidentin “Instagram” hesabında paylaşım edilib:
“Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm!
Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”
View this post on Instagram"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- İlham Əliyevin Vyetnama səfəri ilə əlaqədar Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib - Foto
- Azadlığın altıncı ili: Ağdam şəhər gününü qeyd edir - Foto/Video
- İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx
- Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
- Hikmət Hacıyev: "İlham Əliyev və Mehriban Əliyeva Vyetnama səfər edəcəklər" - Foto
Digər xəbərlər