Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Bu barədə AZƏRTAC məlumat verir.
Dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilir:
“Maddə 32-1. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri
| Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
| 32-1.1. məktəbəqədər təhsil müəssisələri | 2000 manat |
| 32-1.2. ümumi təhsil müəssisələri | 5000 manat |
| 32-1.3. məktəbdənkənar təhsil müəssisələri | 5000 manat |
| 32-1.4. peşə təhsili müəssisələri | 10000 manat |
| 32-1.5. orta ixtisas təhsili müəssisələri | 12000 manat |
| 32-1.6. ali təhsil müəssisələri | 20000 manat |
| 32-1.7. əlavə təhsil müəssisələri | 12000 manat |
| 32-1.8. təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr | 12000 manat |
Bundan başqa, “Təhsil haqqında” qanuna əlavə edilən 14.17-1-ci maddəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmalıdırlar.