Azərbaycan Prezidenti İlham Əliyev yeni yaradılmış Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyinatla bağlı sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş rəhbəri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib.