Azərbaycan Prezidenti İlham Əliyev Məmmədbağır Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, sənəddə deyilir:
“Azərbaycan Respublikası üçün tibb kadrlarının hazırlanması və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə Məmmədbağır Cavad oğlu Əliyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilsin”.
Qeyd edək ki, həkim-alim, ictimai xadim, tibb elmləri doktoru, professor, Rusiya Federasiyası dövlət mükafatı laureatı M.Əliyev Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidentidir.