Bakıda Azərbaycan-Sinqapur biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Oxu.Az-a verilən məlumata görə, aprelin 17-də Sinqapurun iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.
Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Sinqapur biznes forumu keçiriləcək.
Qeyd edək ki, biznes forumda İKT, nəqliyyatın və biznesin idarə olunması, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metalkəsmə, işıqlandırma, beton hazırlanma avadanlıqlarının istehsalı, dənizdə tikinti işlərinin aparılması və digər sahələri təmsil edən Sinqapur şirkətləri iştirak edəcəklər.