Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan dünən Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilənə görə, görüşün gedişatında Qarabağ münaqişəsinin ictimaiyyətə məlum prinsiplər əsasında tənzimlənmə prosesinin sürətləndirilməsi məsələsi, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (Fransa, ABŞ və Rusiya) prezidentlərinin bəyanatları müzakirə edilib.
Bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri öz bəyanatlarında dəfələrlə hazırkı status-kvo vəziyyətinin saxlanılmasının yolverilməz olduğunu vurğuladıqları xatırladılıb.