Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-Yorkda nazir Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında keçirilən görüş barədə açıqlama yayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, açıqlamada bildirilənə görə, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilib: “Prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə olunub”.
11:40
BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Tiqran Balayan öz “Twitter” səhifəsində məlumat yayıb. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.