Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib.
Məlumatı Azərbaycan XİN yayıb.
Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.
Sabah danışıqların növbəti raundu keçiriləcək
14:28
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva “Twitter” səhifəsində paylaşım edib.
Görüşdə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədri Stefani Viskonti və ABŞ-lı həmsədri Endryu Şofer, eləcə də ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndə Anjey Kasprşik iştirak edir.
The meeting of FM of #Azerbaijan Elmar Mammadyarov & FM of #Armenia Zohrab Mnatsakanyan with participation of @OSCE MG co-chairs Igor Popov 🇷🇺, Stéphane Visconti 🇫🇷, Andrew Schofer 🇺🇸 & PR CiO Andrzej Kasprzyk has just started in #Geneva.@mfa_russia @StateDept @francediplo_EN pic.twitter.com/Q6oxtOncDW
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) January 29, 2020
Samir İsayev