Rusiyanın Gümrüdəki (Ermənistan) 102-ci hərbi bazası ciddi şəkildə silahlanmağa başlayıb.
Rusiya Silahlı Qüvvələrindəki mənbənin REGNUM İnformasiya Agentliyinə bildirdiyinə görə, bazanın silahlanmasına ən yeni ağır texnikalar daxil olmağa başlayıb, tezliklə buraya regionda analoqu olmayan ciddi raket silahları gətiriləcək.
“Böyük ehtimalla, söhbət “İsgəndər-M” əməliyyat-taktiki raket kompleksi və “Tornado” yaylım atəş sistemindən gedir” – deyə, mənbə vurğulayıb.
İsgəndər-M 500 km-dək məsafədə hədəflərə yüksək dəqiqliklə zərbələr endirə bilər. Raketin xüsusi uçuş trayektoriyasının olması onun mövcud və ya hazırlanmaqda olan raket əleyhinə müdafiə sistemləri ilə vurulmasını qeyri-mümkün edir.
Qeyd etmək lazımdır ki, bu günlərdə “Orujie Rossii” mətbu orqanı yazıb ki, Ermənistanda yerləşən Rusiyaya məxsus hərbi bazaya zenit raket bölmələri üçün yeni, hərəkətli idarəetmə məntəqələri (HİM) daxil olub. HİM-in aparat dəstinə məlumatların avtomatik ötürülməsi üzrə təkmilləşdirilmiş sistem, daxili və xarici rabitə vasitələri, həmçinin ərazidə istiqamətlənmə üçün QLONASS sisteminin qəbulediciləri, gecəgörmə cihazları, radiasiya və kimya kəşfiyyatı vasitələri daxildir. Yeni komplekslərin imkanları 100 km-dək radiusda 100-dən çox hava hədəfini aşkarlamağa və onlardan 10-dan çoxunu müşayiət etməyə imkan verir.
www.regnum.ru
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin