Almaniya kansleri Angela Merkel iyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün brifinqdə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyan edib.
“İkitərəfli əməkdaşlıq məsələləri, Azərbaycandakı vəziyyət, habelə Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olacaq”, - deyə o vurğulayıb.
Ş.Zaybert həmçinin bildirib ki, Almaniya kansleri ilə Azərbaycan prezidentinin birgə mətbuat konfransı keçiriləcək.