Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mərkəzi Asiyanın türk dövlətlərindən Türkiyəyə qarşı qərar
Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa İttifaqı (Aİ) ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində, Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bəyan ediblər.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Məlumata görə, həmin ölkələr BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini bağlılıqlarını vurğulayaraq, bütün adada yalnız Cənubi Kipr administrasiyasını "tək qanuni hökumət" olaraq tanıyacaqlarını öhdələrinə götürüblər.
Qeyd olunub ki, bu addımlar, Aİ-nin Kipr siyasətində regional müttəfiqlər qazanmaq istiqamətində atdığı strateji bir gedişat kimi şərh edilir.
Sənəddə, həmçinin Kiprin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyinə vurğu edilib.
"Şimali Kipr Türk Respublikası (ŞKTR)" teqi üzrə xəbərlər
- TDT Ağsaqqallar Şurası Şimali Kiprdə toplanacaq
- Şimali Kipr prezidentinin müşaviri: "Azərbaycanın ölkəmizdə nümayəndəlik açmasını arzu edirik"
- Mete Yarar: "Azərbaycan sözünün arxasında durdu"
- Hulusi Akar: "Azərbaycan ordusunun Türkiyə modelinə uyğunlaşdırılması prosesi davam edir"
- Yasemi Öztürk: "Şimali Kipr türk dünyası üçün vacib amildir"