Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək
Mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar təsis edilən medal veriləcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Fariz İsmayılzadə Böyük Britaniyada işgüzar səfərdə olub
- Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir
- Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi bağlamaq üçün yalnız bir dəfə uçota alınacaq
- Deputatdan ŞAD XƏBƏR: "Vətəndaşların pensiya kapitalından daha tez istifadəsini təklif edirik"
- Azərbaycanlı deputatlar Belarusda prezident seçkisini müşahidə edəcəklər