Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus təyyarə qəzası ilə bağlı aparılan araşdırmanın ilkin nəticələri gələn həftə açıqlana bilər.
Oxu.Az-ın Qazaxıstan KİV-ə istinadən xəbərinə görə, bu barədə Qazaxıstan baş nazirinin müavini, qəzadan sonra yaradılmış hökumət komissiyasına rəhbərlik edən Kanat Bozumbayev mətbuat konfransında çıxışı zamanı deyib.
"Komissiya işləyir. Parametrlər, uçuş rejimi və audio ilə bağlı məlumatlar araşdırılır, müəyyən nəticələr çıxarılacaq. Qohumlar səsləri yoxlamalıdırlar ki, bunlar həqiqətən də pilotlardır və s.
Hesab edirəm ki, ilkin hissə gələn həftə Nəqliyyat Nazirliyi tərəfindən dərc olunacaq. Çünki ICAO hadisənin baş verdiyi tarixdən 30 gün ərzində açıqlanmasını tövsiyə edir. Çətinliklər var, lakin həll edilməlidir", - deyə Bozumbayev bildirib.
O qeyd edib ki, AZAL reysinin "qara qutuları" Braziliyada tam şəkildə deşifrə edilib və Qazaxıstana qaytarılıb. Bozumbayev Qazaxıstanın qəzaya uğramış AZAL təyyarəsinin qara qutularının materiallarının surətlərini Rusiya və Azərbaycana təqdim edib və respublikanın gizlədəcək heç nəyi yoxdur.

Xatırladaq ki, dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı "J2-8243" nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- İqor Kşnyakinin qızı: "Qəza məni çox təsirləndirdi"
- AZAL təyyarəsində qəza anında nələr yaşandı? - "Son uçuş" sənədli filmi
- Komandir Kşnyakinin ailəsi AZAL təyyarəsinin qəzaya uğradığı yerə gedib
- Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR VERDİ
- Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək