ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volterin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən regiona buraxılmamasını şərh edib.
Oxu.Az bu barədə vestikavkaza.ru-ya istinadən xəbər verir.
“Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, işğal edilmiş Dağlıq Qarabağa nəzarət edən qüvvələrin bütün dünyada məşhur olan Robert Volterin regiona səfərinə icazə verməməsi qeyri-adi haldır. Belə mütəxəssisin məruzəsini dinləmək bütün tərəflərin marağındadır”, - Metyu Brayza bəyan edib.