“Bəzi namizədlərin Mərkəzi Seçki Komissiyasının (MSK) onların şikayətlərinə baxmaması ilə bağlı iddiaları gülməlidir”.
Oxu.Az-ın xəbərinə görə, bunu MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bəzi namizədlər şikayətləri qanunla müəyyən olunmuş vaxtda təqdim etmirlər.
M.Pənahov qeyd edib ki, namizədlər qanunu pozmamalıdır.
“Bəzi namizədlər gəlib, Mərkəzi Seçki Komissiyasının qapısını bağlayıb, deyirlər ki, içəri heç kimi buraxmayacaqlar. Bu, MSK-nın işinə və fəaliyyətinə mane olur”.
Aqşin Kərimov