"Qərb hələ də çaşbaş qalır ki, Azərbaycan necə olur ki, mütəşəkkil şəkildə bu dərəcədə yaxşı fəaliyyət göstərmək gücünə malikdir. Onlar bunu təsəvvür etmirdilər".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, bu möcüzələri yaradan Azərbaycan və onun rəhbəridir:
"Ona görə də addımlarımız elə dünyasəviyyəli atılır ki, bizə qarşı çıxmaq üçün cavab tapa bilmirlər. Bu, çox sevindirici haldır. Dünya da Azərbaycanı yavaş-yavaş qəbul edir. Çünki başqa çarə yoxdur.
Bizə qarşı qərəzli yanaşmalarla mübarizə aparmaq lazımdır. Elə bu mübarizə sayəsində bu qərəzli yanaşmaların 90 faizinin qarşısını almışıq".
Mərahim Nəsib