Azərbaycan prezidenti İlham Əliyev bu gün Dövlət “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovun Azərbaycanın təhsil naziri təyin olunması haqqında sərəncam imzalayıb.Azərbaycan Xəbərləri AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri təyin edilsin”.
Dövlət başçısının digər bir sərəncamı ilə Misir Mərdanov Azərbaycanın təhsil naziri vəzifəsindən azad edilib.
Azərbaycan Xəbərləri