Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mikayıl Cabbarov: "Dövlət borcunun səviyyəsi çox aşağıdır"
"Azərbaycanın əsas sistem üstünlüyü proqnozlaşdırma və sabitlikdir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda daşınmaz əmlaka korporativ və özəl investisiyaların imkanlarına həsr olunmuş "Sea Breeze İnvestment Forum" ikinci investisiya forumunda çıxışı zamanı deyib.
"Bu baxımdan, ölkənin makroiqtisadi göstəriciləri gələcəyə inamla baxmağa imkan yaradır. Dövlət borcunun səviyyəsi çox aşağıdır. Ölkənin ehtiyatlarının həcmi təxminən ÜDM-in həcminə bərabərdir. Proqnozlaşdırılan valyuta və məzənnə siyasəti ölkədə və Cənubi Qafqaz regionunda sabitliyi təmin edir. Azərbaycan bütün qonşuları və tərəfdaşları ilə fəal qarşılıqlı fəaliyyət göstərir", - deyə M.Cabbarov bildirib.
Nəzrin Vahid