Millət vəkillərinin qısa qış tətili başa çatır.
Oxu.Az-ın xəbərinə görə, ötən ilin dekabr ayının 28-dən qış tətilinə çıxan deputatların tətili, məzuniyyəti sabah, yanvarın 15-də başa çatır.
Parlamentin Daxili Nizamnaməsinə və iş reqlamentinə görə, yanvarın 16-dan etibarən Milli Məclisin qarşıdan gələn növbəti yaz sessiyası ilə bağlı komitə iclasları öz işinə başlayır.
Hələlik hansı komitənin ilk olaraq, iclas keçirəcəyi dəqiqləşməsə də, iclaslara, əsasən, ayın 21-dən başlanılacaq.
Yaz sessiyasına fevralın 1-də ilk açılış-plenar iclasla start veriləcək.
Millət vəkillərinin tətili başa çatır
Kamil HƏMZƏOĞLU