Milli Məclisin payız sessiyasında ilk iş günü, komitə iclaslarının başlanma tarixi və ilk plenar iclasının vaxtı açıqlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, tətildə olan Azərbaycan parlamenti avqustun 30-dan yeni mövsümdə işə başlayır.
Milli Məclisin payız sessiyasında komitələrin iclasları sentyabrın 15-dən başlayacaq.
Azərbaycan parlamentinin payız sessiyasında ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək.