Daxili İşlər Nazirliyi Şüvəlan çimərliyində baş verən faciəli hadisə ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 10-da Xəzər rayonunun Şüvəlan dəniz çimərliyində, Xırdalan şəhər sakini Malik Səfərov və oğlu Elçin çimərkən suda boğulublar. Elçin xilas edilərək xəstəxanaya yerləşdirilib, atasının meyiti isə sudan çıxarılaraq ailəsinə təhvil verilib.
10:52
Bakının Xəzər rayonunda bir nəfər dənizdə batıb.
Oxu.Az xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 17:23 radələrində Şüvəlan çimərliyində baş verib.
Belə ki, çimərlikdə əylənənlər dənizdə kişi meyiti aşkarlayıblar. Dərhal hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Xilasedicilər meyiti sudan çıxarıblar. Araşdırmalar zamanı məlum olub ki, dənizdə boğulan 62 yaşlı Malik Səfərovdur.
Faktla bağlı araşdırma aparılır.